Mahir Emreli start heyətdə

Bölmə adı Almaniya
Yayımlandı 17-08-2025, 16:23

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Almaniya kubokunda mübarizəyə başlayır.

Sport1.az xəbər verir ki, komanda bu gün 1-ci mərhələdə 5-ci liqa təmsilçisi "Ayntraxt 1949"un qonağı olacaq.

Oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Artıq matçın heyətləri açıqlanıb. Mahir start heyətdə yer alıb.

Qeyd edək ki, "Kayzerslautern" 1990 və 1996-cı illərdə Almaniya kubokunu qazanıb.

Müəllif: Sport1.az