Azərbaycanda daha bir futbol klubu fəaliyyətə başlayıb.
Sport1.az-a daxil olan məlumata görə, söhbət yeni mövsümdən Region Liqasında çıxış edəcək “Zəngəzur”dan gedir. Adı çəkilən klubun təsisçisi və prezidenti Şahin Məmmədovdur.
Komanda Qərbi Azərbaycanı təmsil edəcək. “Zəngəzur” Region Liqasında Paytaxt və Şimal zonasında mübarizə aparacaq. Klub ev oyunlarını Bakıda keçirəcək. Komandanın başlıca məqsədi çempion olaraq II Liqaya yüksəlməkdir.
Saytımıza daxil olan məlumata görə, yeni yaranan komandanın büdcəsi 100 min manatdan çoxdur. Kollektivə Qərbi Azərbaycan İcmasının da dəstək olacağı vurğulanır.
MİRZƏ S.