son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

Cavid Hüseynov “Cəbrayıl” haqda danışdı: “Sponsorsuz klubuq” - MÜSAHİBƏ

Bölmə adı I Liqa
Yayımlandı 2-06-2025, 18:11

Cavid Hüseynovun Sport1.az-a müsahibəsi...

- Təsisçisi olduğunuz “Cəbrayıl” I Liqada yerini qorumağı bacardı...
- Çox ağır çempionat keçdi. Son turlara qədər I Liqanı hansı komandanın tərk edəcəyi bilinmirdi. Yalnız finişə bir tur qalmış “Qaradağ Lökbatan”ın II Liqaya yuvarlanacağı dəqiqləşdi. Bizim üçün də çempionat marafonu çox gərgin, əziyyətli keçdi. Şükürlər olsun ki, komandamızı I Liqada saxlaya bildik. “Cəbrayıl” mənim, Şahin Məmmədovun və Cəbrayılın icra başçısı Kamal Həsənovun köməkliyi sayəsində bu yerlərə çatıb. Çox sevincliyik.

- Gələn mövsüm komandanın hədəfi nə olacaq?
- İndidən nəsə demək olmur. Çünki, sponsorsuz klubuq. Federasiyanın ayırdığı bəlli məbləğ və Şahin müəllimin sayəsində fəaliyyət göstəririk. Həqiqət naminə deməliyəm ki, Şahin Məmmədov komanda üçün çox fədakarlıqlar edib və edir. Ümid edirik ki, hər şey yaxşı olacaq. Sponsor axtarışlarımız davam edir.

- Gələn mövsüm Cavid Hüsenovu “Cəbrayıl”ın prezidenti, baş məqçisi postunda görəcəyik? Yoxsa alternativ təklifləriniz var?
- “Səbail”dən ayrıldıqdan sonra ancaq “Cəbrayıl”a köməklik edirdim. Məqsədim komandanın II Liqaya yuvarlanmasına imkan verməmək idi. Klubda heç bir vəzifə sahibi deyildim. Məşqçi karyerama gəlincə, bu barədə danışmaq hələ tezdir.

- Səmimi deyin, təklifləriniz varmı? Adınız “Şəfa” ilə də hallanırdı…
- (gülür) Real nəsə yoxdur…

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR