son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

Millimizin sabiq üzvü bölgə təmsilçisinin rəhbəri olmaq istəyir - AÇIQLAMA

Bölmə adı II Liqa / Manşet
Yayımlandı 18-07-2025, 11:48

Yeni mövsümdə II Liqada mübarizə aparacaq komandaların sayı hələ də tam dəqiqləşməyib.

Yarımpeşəkar liqada bu il 12 komandanın iştirak edəcəyi deyilirdi. Daha sonra komanda sayının yenə 14 olacağıyla bağlı xəbərlər yayıldı.

II Liqada mübarizə aparmasına icazə verilməsi gözlənilən klublardan biri də "Çinar-Zəngilan"dır. Adı çəkilən komandanın yarımpeşəkar çempionatda iştrak etməsində hamıdan çox çalışan veteran futbolçu, yığmamızın sabiq üzvü Elhad Nəziridir.

"Cəbrayıl"ın sabiq baş məşqçisi "Çinar-Zəngilan"la bağlı planları haqda fikirlərini Sport1.az - a danışdı.

"Komandanın II Liqada çıxışına icazə verilməsi üçün AFFA-ın vitse-prezidenti Sərxan Hacıyev, federasiyanın baş katibi Cahangir Fərəcullayev və PFL-in rəhbəri Elxan Səmədovla görüşmüşəm. Onların hər biri ilə "Çinar-Zəngilan"ın peşəkarlaşması və II Liqada çıxışına icazəylə bağlı danışıqlarımız oldu. Həmin şəxslərə təşəkkür edirəm. Zəngilan təmsilçisi cavan klub olsa da, bu vaxta kimi xarakter göstərən komanda kimi diqqət çəkib. Hətta Region Liqasının gümüş medallarını təmin etməyi də bacarıb. Bu klubun yaranması, inkişafında Anar Dünyamalıyevin rolu, əziyyəti danılmazdır. Amma klubumuz II Liqaya çıxışına icazə verilsə, artıq komandanın səhmləri, hissələri bütünlüklə mənim adıma keçəcək. Bu barədə Anar bəylə də söhbətimiz olub. Bir neçə zəngilanlı iş adamı ilə danışıqlarım olub. II Liqada oynasaq, onlar da kömək etməyə söz veriblər. "Çinar-Zəngilan" mənim doğma yurdumun təmsilçidir. Bu klubun səsi peşəkar liqalardan gəlməlidir. Mən də bir zəngilanlı kimi komandamızın inkişafı üçün əlimdən gələni edəcəm".

Gənc mütəxəssis "Səbail"də köməkçi məşqçi olaraq çalışır. "Çinar-Zəngilan"la bağlı planları Bakı təmsilçisindəki işinə mane olmayacaq? Elhad Nəziri suala belə cavab verdi:

"Hazırda "Səbail"in məşqçilər korpusundayam. Hamılıqla bütün diqqətimizi I Liqada çempionluğu təmin edərək Premyer Liqaya qayıtmağa yönəltmişik. Qarşıda bizi ağır marafon gözləyir. "Çinar-Zəngilan" yalnız II Liqaya buraxılacağı təqdirdə, Şərqi Zəngəzur təmsilçisində post tuta bilərəm. Amma komanda Region Liqasında qalacaqsa, bütün mən orda yoxam".

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR