son dəqiqə SON DƏQİQƏ

"Mançester Siti" Braziliya millisinin üzvünü istəyir

Bölmə adı İngiltərə
Yayımlandı 4-08-2025, 10:48

“Vest Hem” və Braziliya millisinin yarımmüdafiəçisi Lukas Paketa Mançesterə köçə bilər.

Sport1.az xəbər verir ki, “Mançester Siti” Paketa üçün hərəkətə keçib.

“Vest Hem” transfer üçün 57-68 milyon avro tələb edir. Ötən mövsüm Paketa 36 matçda 5 qol vurub. Onun London təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

27 yaşlı futbolçu “Flamenqo”, “Milan”, “Lion” komandalarında oynayıb.

Müəllif: Sport1.az