Pau Torres "Aston Villa"dan ayrıla bilər

Bölmə adı İngiltərə
Yayımlandı 3-08-2025, 14:16

İngiltərə təmsilçisi təcrübəli müdafiəçiyə gələn təklifləri dəyərləndirir.

Sport1.az xəbər verir ki, 2028-ci ilə qədər müqaviləsi olan futbolçu ilə "Əl Nəsr" maraqlanır. 28 yaşlı müdafiəçinin hazırda transfer dəyəri 32 milyon avrodur.

Qeyd edək ki, ispaniyalı futbolçu ötən mövsüm 34 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az