"Çelsi"də 7 illik müqavilə

Bölmə adı İngiltərə
Yayımlandı 31-07-2025, 18:12

"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sport1.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. London təmsilçisi "Ayaks"dan Jorrel Hato ilə razılaşıb.

"Çelsi" 19 yaşlı sol cinah müdafiəçisi ilə 7 illik müqavilə imzalayacaq.

"Zadəganlar" Hato üçün 40 milyon avro ödəyəcəklər. Bildirilib ki, o, yaxın vaxtlarda tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Jorrel "Ayaks"ın heyətində 111 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib və 20 sarı vərəqə alıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR