Cakanın yeni klubu məlum oldu - RƏSMİ

Bölmə adı İngiltərə
Yayımlandı 30-07-2025, 15:56

"Bayer"in futbolçudu Qranit Cakanın yeni klubu müəyyənləşib.

Sport1.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Sanderlend"ə keçib. Bu haqda İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Caka ilə 3 illik müqavilənin imzalandığı açıqlanıb.

Caka 2023-cü ildən Leverkuzen klubunda oynayırdı. O, həmçinin 2020-ci ildən İsveçrə millisinin kapitanıdır. O, yığmada ən çox oyu keçirən futbolçu rekorduna sahibdir - 137 matç.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR