Velko Milosavleviç Premyer Liqaya keçə bilər

Bölmə adı İngiltərə
Yayımlandı 29-07-2025, 00:12

"Srvena Zvezda"nın futbolçusu karyerasını İngiltərədə davam etdirə bilər.

Sport1.az xəbər verir ki, 2027-ci ilə qədər müqaviləsi olan futbolçuya "Bornmut", "Brayton" və "Nyukasl Yunayted" kimi klublar maraq göstərir. 18 yaşlı müdafiəçinin hazırda transfer dəyəri 1 milyon avrodur.

Qeyd edək ki, serbiyalı ötən mövsüm meydana çıxdığı 32 oyunda 3 məhsuldar ötürmə ilə fərqlənib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR