son dəqiqə SON DƏQİQƏ

Riznik Premyer Liqaya köç edə bilər

Bölmə adı İngiltərə
Yayımlandı 28-07-2025, 15:42

“Şaxtyor”un qapıçısı Dmitriy Riznik İngiltərəyə transfer oluna bilər.

Sport1.az xəbər verir ki, 2027-ci ilə qədər müqaviləsi olan oyunçu ilə “Sanderlend” maraqlanır. 26 yaşlı qolkiperin transfer dəyəri 7 milyon avrodur.

Qeyd edək ki, ukraynalı futbolçu ötən mövsüm 36 oyunda qapısını 16 dəfə toxunulmaz saxlayıb.

Müəllif: Sport1.az