"Mançester Siti"dən "Bayer"ə

Bölmə adı Almaniya
Yayımlandı 27-07-2025, 17:25

"Bayer" heyətinə yeni oyunçu cəlb edib.

Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Mançester Siti"dən Farid Alfa-Ruprext Leverkuzen təmsilçisinə keçib. 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, almaniyalı futbolçu 2022-ci ildə "Hamburq"dan "Mançester Siti"yə keçib. O, "şəhərlilər"in U-18 komandasında çıxış edirdi.

Müəllif: Sport1.az