Robert Renan "Beşiktaş"a keçə bilər

Bölmə adı Türkiyə
Yayımlandı 27-07-2025, 10:37

Türkiyə təmsilçisi braziliyalı müdafiəçi ilə maraqlanır.

Sport1.az xəbər verir ki, 2028-ci ilə qədər müqaviləsi olan Robert Renanla "Beşiktaş" yaxından maraqlanır və danışıqlara start verilib. 21 yaşlı müdafiəçinin transfer dəyəri 7,5 milyon avrodur.

Qeyd edək ki, Renan ötən mövsüm icarə əsasında "Əl-Şabab"da 35 oyuna çıxaraq 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az