son dəqiqə SON DƏQİQƏ
Amerikalı basketbolçu “Sumqayıt”da ● II Liqada 5-ci tur: "Zəngəzur" və "Hypers"dən böyükhesablı qələbə ● "Murov Az Terminal"dan libero transferi ● "Qarabağ" yenidən "EA Sports"da ● Boksçularımız Çində baş tutan beynəlxalq turnirdə iştirak ediblər ● "Turan Tovuz" - "Fənərbağça" matçı ilə bağlı qərar: ● Azərbaycan kikboksçuları İtaliyada 16 medal qazandılar ● NÖVBƏTİ FACİƏVİ NƏTİCƏ: ● "Sumqayıt"dan növbəti transfer ● Azərbaycan cüdoçuları Sarayevoda 5 medal qazandılar ● "Murov Az Terminal" daha bir voleybolçu transfer etdi ● "Gəncə"nin məşqçiləri və basketbolçuları ilə görüş keçirilib ● Gimnastlarımız 7 medal qazandılar ● Çempionlar Liqası oyunun biletləri azarkeşlər üçün pulsuz paylanacaq ● Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı ● Təmsilçimiz Fransada 3-cü oldu ● "Qəbələ"nin məşqçilər korpusunda iki yeni təyinat baş tutdu ● SOCAR bu ölkənin yığmalarının Baş Qlobal Enerji Sponsoru oldu ● Vahab Fətullayevdən bürünc medal ● İtaliya səfərdə Türkiyəyə qarşı, Fransa Belçika ilə üz-üzə gəlir ● ABŞ-dən olan oyunçu yenidən Azərbaycan klubu ilə anlaşdı ● Günün oyunları: ● Yunanıstan Almaniyanı, Portuqaliya Norveçi məğlub etdi ● Premyer Liqa klublarının yay transferləri ● Bəhanəni asan tapan Ayxan Abbasov futbolçu tapa bilmir! ● Çimərlik güləşində tarixi uğur ● "Mənim üçün ən vacibi futbolçuların bütün çatışmazlıqlarını görmək idi" ● Azərbaycan millisinin Litva seçməsi ilə bərabərliyinin ●

Yalanınızı sevim - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 25-07-2025, 15:20

Çərşənbə və cümə axşamı Azərbaycan klubları avrokuboklarda meydana çıxdılar.

"Qarabağ" Çempionlar Liqasında "Şelburn"ı darmadağın etdi.

Konfrans Liqasında daha maraqlı hadisələr qeydə alındı. "Zirə" "Hayduk"la bacarmadı - 1:1. "Araz-Naxçıvan" "Aris"ə qalib gəldi - 2:1. "Sabah" isə səfərdə "Petrokub"a futbol dərsi keçdi - 2:0.

Yəni, Azərbaycan futbolu üçün qazanclı həftə oldu. Bir dəqiqə! Nə dedik? Azərbaycan futbolu üçün qazanclı həftə oldu? Gülməlidir.

Gəlin, görək bu 4 oyunda neçə azərbaycanlı futbolçu meydanda olub. Əvvəlcə start heyətlərinə nəzər yetirək.

"Şelburn" - "Qarabağ" matçı: Bəhlul Mustafazadə, Toral Bayramov, Nəriman Axundzadə.
"Zirə" - "Hayduk" matçı: Qismət Alıyev.
"Araz-Naxçıvan" - "Aris" matçı: Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə.
"Petrokub" - "Sabah" matçı: Rəhman Daşdəmirov, Anatoli Nuriyev.

Bədbəxtik! Ölkəmizin klubları Avropa təmsilçiləri ilə oynamağa azərbaycanlı tapa bilmir. Bu da əyani sübut edir ki, bizimkilər beynəlxalq səviyyədə futbol oynaya bilmirlər. Yox! Hələ dayanın! Görək sonradan kimlər meydana daxil olublar? Gəlin, baxaq!

Rəşad Sadıqov "Hayduk"la oyunda 39-cu dəqiqədə zədələnən Brahim Konateni Ceyhun Nuriyevlə əvəzlədi. 79-da Rövlan Muradovla, İsmayıl İbrahimli meydana daxil oldu. Həmin dəqiqədə Ceyhun Nuriyevi Abdul Batibie əvəzlədi. Yəni, Rəşad Sadıqov Konfrans Liqası matçında cəmi 4 yerli futbolçuya güvəndi. "Zirə"nin heyətində təkcə Qismət Alıyev bütün oyun ərzində meydanda oldu.

Qurban Qurbanov "Şelburn"la matçda 76-cı dəqiqədə Dani Boltu Abbas Hüseynovla əvəzlədi. 87-də Nəriman Axundzadənin əvəzinə Musa Qurbanlı meydana daxil. Eyni anda Zubiri Elvin Cəfərquliyev əvəzlədi. Yəni, Qurban Qurbanov Çempionlar Liqası matçında cəmi 6 yerli futbolçuya güvəndi. "Qarabağ"ın heyətində Toral Bayramov və Bəhlul Mustafazadə 90 dəqiqə meydanda oldu.

Elmar Baxşıyev "Aris"lə görüşdə 90-cı dəqiqədə Ülvi İsgəndərov və Qara Qarayevi meydana buraxdı. Yəni, "Araz-Naxçıvan" Yunanıstan təmsilçisinə qarşı oyunda cəmi 4 yerli oyunçudan istifadə etdi. Muxtar Respublika klubunun heyətində Ürfan Abbasov və Bəxtiyar Həsənalızadə 90 dəqiqə meydanda oldu.

Son olaraq, Valdas Dambraskus 69-cu dəqiqədə Rəhman Daşdəmirov və Anatoli Nuriyevi meydandan çıxardı. Həmin vaxt oyuna Abdulla Xaybullayevi daxil etdi. 87-ci dəqiqədə isə Xəyal Əliyev və Ayaz Quliyev şans əldə etdilər. Beləliklə, Dambrauskas Konfrans Liqası matçında cəmi 5 yerli futbolçunun xidmətindən yararlandı. "Sabah"ın heyətində hansısa azərbaycanlı "Petrokub"a qarşı 90 dəqiqə meydanda olmadı.

Bu da Azərbaycan futbolunun qazancı. 4 oyunda cəmi 5 futbolçumuz 90 dəqiqə meydanda olub. Sonra da Azərbaycan millisinin niyə uğur qazanmadığını araşdırırıq. Səbəb bəllidir. Özümüzkülərə dəyər vermirik. Dambrauskası başa düşdük. Azərbaycanlı deyil. Bəs Rəşad Sadıqov, Elmar Baxşıyev, Qurban Qurbanov? Başqa vaxt aləmə car çəkirlər ki, legioner limitinin ləğvinin əleyhinəyik. Yalanızı sevsinlər! Gördük necə qarşısınız. Fürsət düşən kimi yerlilərdən imtina etdiniz. Əlinizdə bayraq eləmisiniz ki, uşaq futbolu bərbad gündədir. Ona görə millimiz uğur qazana bilmir. Yalanınız batsın! Avrokuboklarda təcrübə qazanmayan oyunçular Estoniya, Bolqarıstan, Lüksemburq kimi rəqibləri necə udacaqlar?

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR