“Yuventus” vingerini icarəyə verdi

Bölmə adı Almaniya
Yayımlandı 24-07-2025, 18:14

Almaniyanın “Verder” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sport1.az xəbər verir ki, Bremen təmsilçisi “Yuventus”dan Samuel Mbanqulanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı vinger 2026-cı ilin yayına kimi Bundesliqa təmsilçisinin formasını geyinəcək.

Mbanqula 2021-ci ildən “Yuventus”da çıxış edirdi. O, ötən mövsümdə 32 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR