Çukvuemeka Almaniyaya transfer oluna bilər

Bölmə adı Almaniya
Yayımlandı 23-07-2025, 16:13

"Leypsiq" gənc yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Sport1.az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi Karni Çukvuemeka Almaniyanın "Leypsiq" klubuna keçə bilər. 2028-ci ilə qədər müqaviləsi olan 21 yaşlı futbolçunun transfer dəyəri 18 milyon avrodur. O, ötən mövsümü icarə əsasında "Borussiya Dortmund"da keçirib və 22 oyunda 1 qol vurub.

Müəllif: Sport1.az