son dəqiqə SON DƏQİQƏ
U-21 millimizin Şotlandiya ilə qarşılaşmasının hakim təyinatları ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Litva - Azərbaycan: ● Azərbaycanda oynamış futbolçu Gürcüstan millisini çalışdıracaq ● Litvada şəhidlərin xatirəsi yad edildi ● Ayxan Abbasov milli komandada 7 oyunçuya ehtiyac duymadı ● Azərbaycanda daha bir futbol klubunun adı dəyişdirildi ● "Biz bayrağımız üçün döyüşürük" ● "Neftçi" hazırlığı davam etdirir ● Mahir Məmmədov üçüncü dəfə FİDE-nin vitse-prezidenti seçildi ● NTD-də iki yeni müqavilə ● Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qarşı ● Günün oyunları: ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ●

"Qarabağ"ın 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşdi

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 21-07-2025, 14:47

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Sport1.az xəbər verir ki, püşkdə 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” cütünün rəqibi də bəlli olub.

"Qarabağ" daha yüksək reytinqi səbəbindən səpələnmişlər səbətində yer alıb.

Püşkün nəticəsinə əsasən, “Şelbrun” - “Qarabağ” cütünün cütünün qalibi 3-cü mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.

"Qarabağ" mərhələ keçsə, ilk oyunu evdə keçirəcək.

3-cü mərhələnin oyunları 5/6 avqust və 12 avqust tarixlərində keçiriləcək.

Bəs, “Şelbrun” - “Qarabağ” cütünün məğlubu Avroliqada kiminlə qarşılaşacaq?

Bu gün həmçinin UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin də püşkatma mərasimi keçiriləcək.

Mərasimdə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” cütünün məğlubunun rəqibi də bəlli olacaq.

Bu cütlük səpələnməmişlər səbətində yer alacaq və onun rəqibi Avropa Liqasının 2-ci mərhələsinin qaliblərindən biri olacaq. Söhbət aşağıdakı 3 cütlükdən birinin ən güclüsündən gedir:

"HNK Riyeka (Xorvatiya)" - "Ludoqorets" (Bolqarıstan)

RFS (Latviya) - "Malmö" (İsveç)

"Linkoln" (Cəbəllütariq) - "Srvena Zvezda" (Serbiya)

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR