"Fənərbağça"dan qələbə

Bölmə adı Türkiyə
Yayımlandı 21-07-2025, 09:33

Növbəti mövsüm hazırlıqlarını Portuqaliyada davam etdirən "Fənərbağça" növbəti yoxlama matçına çıxıb.

Sport1.az xəbər verir ki, Portuqaliyanın II liqa klublarından olan "Leiria" ilə qarşılaşan İstanbul nəhəngi 2:0 hesablı qələbə qazanıb. Matçda qolları Ze Vitor(ö.q) və İrfan Can Kahveci vurub.

Qeyd edək ki, "Fənərbağça" ölkədəki təlim-məşq toplanışının ilk matçında "Portimonense"ni də 2:0 hesabı ilə məğlub etmişdi.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR