Henderson yenidən Premyer Liqada - RƏSMİ

Bölmə adı İngiltərə
Yayımlandı 15-07-2025, 17:17

İngiltərənin "Brentford" klubu "Ayaks"ın (Niderland) sabiq yarımmüdafiəçisi Cordan Hendersonu transfer edib.

Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, C.Henderson Niderland çempionatının 2024/2025 mövsümündə meydana çıxdığı 28 oyunda 1 qol, 4 məhsuldar ötürmə müəllifi olub. O, daha əvvəl "Liverpul"da çıxış edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR