"Liverpul"la müqaviləni uzatmaq istəmir

Bölmə adı İngiltərə
Yayımlandı 12-07-2025, 17:30

"Liverpul"un müdafiəçisi İbrahima Konate müqavilənin uzadılması təklifini rədd edib.

Sport1.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, 26 yaşlı fransalı müqaviləni 2030-cu ilə qədər uzatmağa razı olmayıb.Mövcud anlaşma 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bir müddət əvvəl "Real"ın yay transfer dönəmində müdafiəçini "rənglərinə bağlayacağı" ilə bağlı xəbərlər yayılmışdı.

Qeyd edək ki, Konate 2021-ci ilin yayından "Liverpul"da çıxış edir. 26 yaşlı futbolçu 2024/25 bütün turnirlərdə 42 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt oyunçunun dəyərini 60 milyon avro qiymətləndirir.

Müəllif: Sport1.az