İngiltərədə klubunu dəyişdi

Bölmə adı İngiltərə
Yayımlandı 11-07-2025, 09:29

"Tottenhem" Mohammed Kudusun transferini rəsmiləşdirib.

Sport1.az xəbər verir ki, bu barədə London klubundan açıqlama yayılıb.

Bu keçid üçün londonlular "Vest Hem"ə 55 milyon avro ödəyiblər. 24 yaşlı qanalı futbolçu ilə 2031-ci ilin yayına kimi müqavilə imzalanıb. Kudus "Tottenhem"də 20 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Mohammed 2023-cü ildə "Ayaks"dan "Tottenhem"ə keçmişdi. O, 2024/2025 mövsümündə 35 matçda 5 qol vurub, 4 ötürmə verib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR