“Nyukasl” hücumçusu ilə yolları ayırdı

Bölmə adı İngiltərə
Yayımlandı 7-07-2025, 18:01

İngiltərənin “Nyukasl” klubu hücumçusu Kallum Uilsonla yolları ayırıb.

Sport1.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı ön xətt oyunçusu 2020-ci ildə “Bornmut”dan transfer olunub və son 5 mövsümü "Nyukasl"da keçirib.

Qeyd edək ki, K.Uilson ötən mövsüm 22 matçda meydana çıxıb və 1 qol vurub. "Transfermarkt" portalı oyunçunun dəyərini 8 milyon avro qiymətləndirir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR