son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı

Aslan Kərimov "Sabah"ın yeni baş məşqçisi haqda nə düşünür? - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 24-06-2025, 21:26

Ötən həftə "Sabah"da yeni baş məşqçinin təyinatı reallaşdı.

Masazır təmsilçisi litvalı Valdas Dombrauslasa tapşırıldı. Bəs keçmiş post sovet təmsilçisindən olan mütəxəssisin gəlişi komandaya nə dərəcədə faydalı olacaq? O, qısa zaman ərzində "bayquşlar"ı Avropa Liqasına hazırlaya biləcəkmi?

Sualları Aslan Kərimova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

"Valdas Dombrauskasın "Sabah"a gəlişinin uğurlu olub-olmaması barədə dəqiq nəsə demək üçün gərək onun məşqçi işini yaxından izləyəsən. Amma əvvəlki iş yerlərində uğurlar, titullar qazanmış baş məşqçi kimi diqqət çəkib. Kifayət qədər təcrübəli mütəxəssisdir. Buna rəğmən, onun uğurlarının sirrini də dəqiq bilmirik. Dombrauskasın nəaliyyətlərinin oyun üslubuna, məşqçi strategiyasına, yoxsa yüksək kommunikasiya əsaslandığı hələlik bizim üçün qaranlıqdır. Onun işinə "Sabah"da bir neçə oyun keçirdikdən, hətta ilk dövrəni başa vurduqdan sonra qiymət vermək olar. Qarşıdakı Avropa Liqası oyunlarına gəlincə, hazırkı vəziyyətdə litvalı mütəxəssisin qısa zamanda böyük dəyişikliklər edəcəyini və sensasiyalı nəticələr qazanacağını düşünmürəm. Onun 2-3 həftəsi var. Bu müddət ərzində həm transferlər həyata keçirilməli, həm komplektləşmə prosessi başa çatmalı, həm də baş məşqçi öz oyun fəlsəfəsini futbolçulara aşılamalıdır. İstənilən bir uğur çalışdırıcının bacarığından çox oyunçuların keyfiyyətinə bağlıdır".

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR