Avropa Çempionatında Türkiyə çempion oldu, Azərbaycan üçüncü

Bölmə adı Atıcılıq
Yayımlandı 13-03-2025, 01:05

Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa Çempionatında Azərbaycan millisi bürünc medal qazanıb.

Sport1.az xəbər verir ki, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma üzrə kişilərin trio komanda yarışında Ruslan Lunev, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığma üçüncü yerə sahib çıxıb.

Təmsilçilərimiz bürünc medal uğrunda qarşılaşmada Almaniya idmançılarına 16:14 hesabı ilə qalib gəliblər.

Yarışın qalibi Türkiyə yığması, gümüş medalçısı isə Çexiya olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR