son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı

İqor Ponomaryov: "Bizi çətin mübarizənin gözlədiyini bilirik" - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 19-06-2025, 14:45

“Sabah”ın Müşahidə Şurasının üzvü və idman direktoru İqor Ponomaryovun Sport1.az-a müsahibəsi...

- Təlim-məşq toplanışından nə gözləyirsiniz?
- Komanda hazırlıqlara yaxın bir neçə gün ərzində başlayacaq. Həmin vaxta kimi bir çox məsələlərə aydınlıq gələcək. Təlim-məşq toplanışı ilə bağlı ən qısa müddətdə ətraflı məlumat veriləcək.

- Səs-küylü transferlər gözlənilirmi?
- Əlbəttə! Yeni transferlər gözlənilir. Biz komandaya futbolçu cəlb edərkən onun ad-sanına yox, komandanı nə dərəcədə gücləndirməsinə diqqət yetiririk. Bu sahədə bizim seleksiya komandası yaxşı iş ortaya qoyublar. İnanıram ki, yeni transferlərimiz də komandamızı daha da gücləndirəcək.

- Takis Lemonidisin "Sabah"in baş məşqçisi olacağı deyilir. Bu məlumat nə qədər doğrudur? Ümumiyyətlə, baş məşqçi problemi nə vaxt öz həllini tapacaq?
- Yuxarıda dediyim kimi klubumuza kimisə cəlb edərkən onun ad-sanına yox, komandamıza nə dərəcədə fayda verməsində maraqlıyıq. Mətbuatda da hansısa məşqçilərin adının bizimlə hallandırmalarına qadağa qoya bilmərik. Mediada belə hallar həmişə olur. Baş məşqçi təyinatımız yaxın günlərdə reallaşacaq.

- Püşk sizə Avropa Liqasında Sloveniyanın “Çelye” klubunu rəqib etdi. Bu barədə nə deyə bilərsiniz?
- Avrokuboklarda asan rəqib olmur. Burada mübarizə aparan hər bir kollektiv öz çempionatını yüksək pillələrdə başa vurmuş və ya ölkə kubokunu qazanmış komandalardır. Bizi çətin mübarizənin gözlədiyini bilirik.

- Hamı sizdən ən azı Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmağınızı gözləyir. Sizin hədəfiniz nədir?
- Biz məsuliyyətimizi anlayırıq. Bilirik ki, ölkə çempionatından da çətin beynalxalq yarışda mübarizə aparacağıq. Odur ki, turnirə çox ciddi hazırlaşacağıq. Klub olaraq avrokuboklarda mümkün qədər irəli getmək və ölkəmizi ən yaxşı şəkildə təmsil etmək üçün əlimizdən gələni edəcəyik.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR