son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: İspaniya İngiltərə səfərindən 3 xalla qayıdır ● Litvanın baş məşqçisi: “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● Premyer Liqa klublarının yay transferləri ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ●

AFFA-nın yarım milyonluq planı - ÖZƏL

Bölmə adı II Liqa / Manşet
Yayımlandı 16-06-2025, 16:17

Ölkə futbolunda fasilədir.

Çempionatlar keçirilmir. Gələn mövsüm Premyer Liqada 12, I Liqada 10 komanda iştirak edəcək.

II Liqa ilə bağlı isə bilinməzlik davam edir. Ötən mövsüm çempionatda 14 kollektiv çıxış edirdi. İndiki məqamda isə turnirdə iştirak edəcək 12 komandanın adı bəllidir. Pley-off matçında "Lerik"i məğlub edən "Şirvan" Region Liqasından bura yüksələn sonuncu kollektivdir.

II Liqa ilə bağlı Sport1.az-a maraqlı məlumat daxil olub. AFFA bu çempionatda iştirakçı sayını artırmaq istəmir. Buna səbəb turnirdə çıxış edən komandaların maliyyə durumlarının yaxşı olmamasıdır. Bildiyiniz kimi, burada iştirakçı hər kluba 50 min manat maliyyə ayrılır. Bu məbləğ sponsoru olmayan klublara bəs etmir. Bəzi hallarda komandalar səfər matçlarına getməyə çətinlik çəkirlər.

AFFA yeni mövsümdən bu problemlərin yaşanmasını istəmir. Bu səbəbdən də qarşıdakı "futbol ili"ndə II Liqada 12 komandanın çıxış etməsi qərarı veriləcək. Lakin hər kluba 50 yox, 100 min manat ayrılacaq. Bununla da turnir üçün ayrılan maliyyə 700 mindən 1 milyon 200 min manata qədər artırılacaq.

Federasiya bu qərarla turnirin keyfiyyətini, komandaların davamlılığını daha da artırmaq niyyətindədir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR