son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: İspaniya İngiltərə səfərindən 3 xalla qayıdır ● Litvanın baş məşqçisi: “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● Premyer Liqa klublarının yay transferləri ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ●

Bu qələbə məni xoşbəxt etdi

Bölmə adı Şahmat
Yayımlandı 16-06-2025, 15:19

Azərbaycanlı şahmatçı Xaqan Əhməd (rapid reytinq - 2290) Londonda komandalar arasında blits üzrə dünya çempionatında FIDE reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəldiyi partiyanı şərh edib.

Sport1.az xəbər verir ki, Xaqan Əhməd blits üzrə dünya çempionatındakı çıxışı barədə Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına açıqlama verib:

“Komandalar arasında dünya çempionatı mənim üçün çox unudulmaz anlarla yadda qaldı. Bir gün əvvəl dünya reytinqində ikinci olan Hikaru Nakamuraya qarşı oynayacağım məlum olanda bütün komanda həyəcanlanmağa başladı. Nakamurayla mübarizə bir qədər həyəcanlı start götürdü. Rəqib müəyyən səhvlərə yol verdi. Sonra Hikaru heç-heçə üçün vəziyyətdən çıxış yolu axtarmağa çalışdı. Oyunda müəyyən təzyiq hiss olunurdu. Etiraf edim ki, qələbə məni xoşbəxt etdi. Karyeramda belə güclü şahmatçı üzərində ilk qələbəm oldu. Ümid edirəm davamlı olar. Təəssüflər olsun ki, çıxış etdiyim “Türk Hava Yolları” komandası 1/8 finala vəsiqə qazana bilmədi”.

Xaqan Əhməd Londonda birgə çıxış etdiyi komanda yoldaşlarına minnətdarlığını bildirib:

“Kapitan Özgür bəyə və birgə çıxış etdiyim şahmatçılara təşəkkür etmək istəyirəm. Gənc şahmatçılardan formalaşan komandamızın nəticəsini yaxşı qiymətləndirirəm. Dünya çempionatında qazandığımız nəticələrlə yaxşı mənada səs saldıq. Nakamurayla oyundan sonra məni təbrik edən hər kəsə çox sağ ol demək istərdim. Londonda başqa komandanın heyətində çıxış edən azərbaycanlı şahmatçı Rauf Məmmədovu partiyanı izləyənlər arasında görmək xoş hisslər yaratdı. Nakamurayla partiya başa çatandan sonra məni ilk təbrik edən Rauf Məmmədov oldu. Ona görə də Azərbaycan çempionuna çox sağ ol demək istərdim”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR