son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: İspaniya İngiltərə səfərindən 3 xalla qayıdır ● Litvanın baş məşqçisi: “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● Premyer Liqa klublarının yay transferləri ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ●

Azərbaycanlı şahmatçı dünya ikincisini məğlub etdi - VİDEO

Bölmə adı Şahmat
Yayımlandı 15-06-2025, 10:55

İngiltərənin paytaxtı Londonda komandalar arasında rapid üzrə dünya çempionatı keçirilib.

Sport1.az xəbər verir ki, Azərbaycan çempionu Rauf Məmmədovun heyətində çıxış etdiyi “Freedom” komandası 17 xalla çempionatın bürünc mükafatçısı olub.

Yarış ərzində altı oyunda iştirak edən Rauf Məmmədov iki qələbə qazanıb, bir heç-heçə edib və üç məğlubiyyət alıb.

Şəhriyar Məmmədyarovun şərəfini qoruduğu "Generation XYZA" 15 xalla yarışı 8-ci yerdə başa vurub. Məmmədyarov 12 oyunda səkkiz qələbə qazanıb.

Blits üzrə dünya çempionatının 5-ci turunda Türkiyə komandasının heyətində çıxış edən 13 yaşlı azərbaycanlı şahmatçı Xaqan Əhmədin qələbəsi gündəmi zəbt edib.

2290 FIDE reytinqinə sahib Xaqan Əhməd dünya reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəlməklə diqqətə səbəb olub.

Eyni gündə blits yarışında 13 oyundan doqquzunda rəqibləri üstələyən azərbaycanlı şahmatçı qələbələrinin təsadüfi olmadığını sübut edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR