son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: İspaniya İngiltərə səfərindən 3 xalla qayıdır ● Litvanın baş məşqçisi: “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● Premyer Liqa klublarının yay transferləri ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ●

Premyer Liqa klubundan 40 milyon avroluq transfer

Bölmə adı Futbol / İngiltərə
Yayımlandı 13-06-2025, 20:02

İngiltərənin "Brayton" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sport1.az xəbər verir ki, "Premyer Liqa təmsilçisi "Olimpiakos"dan Xaralampos Kostulası transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Brayton" yunan hücumçu üçün onun klubuna 40 milyon avro təzminat ödəyəcək. "Qağayılar" 18 yaşlı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Xaralampos Kostulas "Olimpiakos"un yetirməsidir. Yunanıstan U-21 millisinin üzvü ötən mövsüm Pirey təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az