son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: İspaniya İngiltərə səfərindən 3 xalla qayıdır ● Litvanın baş məşqçisi: “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● Premyer Liqa klublarının yay transferləri ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ●

Futbolumuzun ədalət məhkəməsinin müttəhimləri - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 13-06-2025, 19:10

Təsəvvür edin ki, ədalət məhkəməsi qurulur və 3 şəxs - AFFA prezidenti Rövşən Nəcəf, vitse-prezident Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev müttəhim olaraq sorğu-sual olunurlar. Nə baş verər?

Gəlin, əvvəlcə ədalət məhkəməsi nə deməkdir, onu izah edək. Bu, hüquqi mübahisələrin qanuna uyğun şəkildə və ədalətli qərarla həll olunması məqsədilə yaradılan rəsmi dövlət orqanıdır. Əsas məqsədi mübahisə edən tərəflər arasında ədalətli qərar çıxartmaqdır.

Bəs istənilən qurum ədalət məhkəməsi yarada bilər? Bəli. Məsələn, AFFA öz tərkibində məhkəmə sisteminə uyğun departament təsis edib: AFFA İntizam Komitəsi. Bu quruma ədalətli sistem deyə bilmərik. Çünki çox lazımsız və ədalətsiz qərar verir.

Nə isə, çox uzatmayaq. Eşitdiyimizə görə, AFFA-nın tərkibində yeni "departament" fəaliyyətə başlayır. Adı da olacaq "ədalət məhkəməsi". Bu departament mediada mütəmadi olaraq AFFA-nı tənqid edənlərə qarşı mübarizə aparacaq. Necə, nə cür? Bunu yalnız həmin "departament"ə nəzarət edən şəxs və ya şəxslər biləcək.

Qayıdaq başa! Təsəvvür edək ki, yuxarıda qeyd etdiyim AFFA-nın rəhbər şəxslərinin özləri müttəhimlər kürsüsündə yer alıblar. Onlara ünvanlanacaq sualları sizə təqdim edirəm:

"Fernanda Santuşun rəhbərlik etdiyi Azərbaycan millisi nə üçün 10 matçdır qələbəyə həsrətdir?"

"Fernandu Santuşla hansı məntiqlə "3+1" illik müqavilə imzalanıb?"

“Double Pass” və “McKinsey & Company” şirkətlərinə İnkişaf Strategiyasını yazmaq üçün nə qədər pul ödənilib? Həmin məbləğə ölkəmizdə neçə stadion, akademiya tikmək olardı?"

"Ermənilərlə əməkdaşlıq edən şirkətə strategiya yazdırmaq nəyə lazım idi?"

"İnkişaf Strategiyasını yazdıran zaman onun necə icra olunacağı yuxarıda qeyd olunan şirkətlərdən nə üçün öyrənilməyib?"

"İP (Əqli mülkiyyət) həllər mütəxəssisi nə vaxt strategiyanı tam mənimsəyərək iş görməyə başlayacaq?"

"Cahangir Fərəccullayev baş katib kimi fəalliyyətə başlayandan sonra AFFA-da işə götürülən şəxslər hansı kriteriyalara uyğun olaraq seçiliblər?"

Əslində sualları çoxalda bilərəm. Amma ən vacib sualı sonda verirəm. Bu üçlüyün futbolun ədalət məhkəməsindən üzüağ çıxmağa müdafiə çıxışı varmı?

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR