son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: İspaniya İngiltərə səfərindən 3 xalla qayıdır ● Litvanın baş məşqçisi: “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● Premyer Liqa klublarının yay transferləri ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ●

"Qarabağ" mükafatlandırıldı

Bölmə adı Azərbaycan
Yayımlandı 13-06-2025, 13:49

AFFA U-14 Liqasında 2024/2025 mövsümünə yekun vurulub.

Sport1.az-ın qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, Bayıl stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.

Bürünc mükafat uğrunda matçda “Qəbələ” üzərində 7:2 hesablı qələbə qazanan “Sabah” komandası yarışı üçüncü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Qarabağ” və “Ulduz“ komandaları üz-üzə gəliblər. Azərbaycan millisinin sabiq futbolçusu Samir Musayevin rəhbərlik etdiyi Ağdam təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edərək çempion olub. “Ulduz” isə gümüş medalla kifayətlənib.

Oyunlardan sonra “Sabah” bürünc, “Ulduz” gümüş medalla, “Qarabağ” isə qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər müəyyənləşib. Mövsüm ərzində 38 qol vuran “Amasiya”nın oyunçusu İlham Qubadov ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Ramil Əmirquliyev isə mövsümün ən yaxşı oyunçusu seçilib.

Mükafatları AFFA-nın Yarışların təşkili departamentinin rəisi Emin Cəfərov və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev təqdim ediblər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR