son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: İspaniya İngiltərə səfərindən 3 xalla qayıdır ● Litvanın baş məşqçisi: “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● Premyer Liqa klublarının yay transferləri ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ●

Aqil Nəbiyev: "Rəqib heç-heçəyə sevinirsə, düzgün yoldayıq"

Bölmə adı Futbol
Yayımlandı 11-06-2025, 12:02

“Maraqlı oyun oldu. Matça yaxşı hazırlaşmışdıq, rəqibi düzgün təhlil etmişdik”.[/b]

[b]Sport1.az
xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev deyib.

O, Qəbələ şəhər stadionunda Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən yoxlama oyunundan (1:1) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

“Qol imkanlarımız olsa da, yararlana bilmədik. Gürcüstan yığması heç-heçəyə görə sevinirsə, deməli, düzgün yoldayıq. Həm Qazaxıstan, həm də Gürcüstanla matçda yaxşı mübarizə apardıq. Komandamızın böyük potensialı var. Göstərdikləri xarakterə görə uşaqları təbrik etdim. Onların inkişafı üçün daha çox toplanışlar olmalıdır. Bu kollektivlə böyük işlər görə biləcəyimizə inanıram. Müəyyən zaman lazımdır”.

Qeyd edək ki, U-17 millimiz toplanış çərçivəsində Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Gürcüstan seçməsi ilə 1:1 hesablı heç-heçə edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR