son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: İspaniya İngiltərə səfərindən 3 xalla qayıdır ● Litvanın baş məşqçisi: “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● Premyer Liqa klublarının yay transferləri ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ●

Övladlarınıza nə cavab verəcəksiniz? - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 10-06-2025, 23:30

Bu gün futbol millimiz növbəti oyununu keçirdi. Fernandu Santuşun komandası Macarıstana məğlub oldu. Avropa çempionu olan mütəxəssis Azərbaycana gələndən qələbə üzünə həsrətdir.

Artıq futbol yığmasına heç kimin inamı qalmayıb. Hamı bir-bir bu komandanın oyununu izləməkdən imtina edir, stadiona gəlmək istəmir. Dünən "Göyqurdlar" AFFA-nı və millinin oyunlarını boykot etdiyini açıqladı. Bu azarkeş qrupu yığmanı ev və səfər matçlarında dəstəkləmək üçün yaradılıb. Amma Macarıstanla görüşə getməkdən imtina etdilər. Niyə?

20 ildən çoxdur ki, millinin evdə keçirdiyi bütün matçları stadiondan izləmişəm. Bu gün isə ilk yaşandı. Mərdəkana getmədim. Niyə?

Çünki hazırkı AFFA rəhbərliyi milli ilə bağlı ümidlərimizi öldürüb. Bu komandaya inam qalmayıb. 70 yaşlı Fernandu Santuşun burada bacarmadığını görmək üçün yeni "ekosistem yaratmağa", İP həllər mütəxəssisini AFFA-da işə götürməyə, şahmatçı olmağa gərək yoxdur. Bu şəxs 6 ay bundan öncə millimizin Avropanın ən zəifləri arasına yuvarlanmağımıza səbəb oldu. Bundan sonra onunla yola davam etmək hansı məntiqə sığırdı? Təzminatı çoxdur? Bunun sadə Azərbaycan vətəndaşına nə dəxli var? Santuşla hansı məntiqlə, ağılla uzun müddətli müqavilə imzalamısınızsa, elə də pulunu verib, göndərin! Hesabatını da siz verin! Rövşən Nəcəf, Sərxan Hacıyev, Cahangir Fərəccullayev üçlüsü bu ölkənin vətəndaşlarının milli komanda sevgisini öldürür. Onlar hisslərimizin qatilidirlər. Buna etiraz etməmək, susmaq, sakit dayanmaq ən böyük qəbahətdir.

Hörmətli futbol ictimaiyyəti! Vaxt gələcək böyütdüyünüz, yetişdirdiyiniz övladlar "Ata, futbolumuzu pis günə salanlara niyə etiraz etmirdiniz?", - deyə sual verəndə özünüzü sınmış hiss etməyəcəksiniz? Onda oğullarınıza/qızlarınıza nə cavab verəcəksiniz?

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR