"Fənərbağça"nın üzvünə 4 milyon avroluq təklif

Bölmə adı Türkiyə
Yayımlandı 8-06-2025, 13:07

Aleksandr Ciku karyerasını Fransada davam etdirə bilər.

Sport1.az xəbər verir ki, qanalı müdafiəçi ilə "Lill" yaxından maraqlanır.

"Qırmızı ağlar" transfer üçün "Fənərbağça"ya 4 milyon avro təzminat ödəməyə hazırdır. afrikalının hazırda transfer dəyəri 7,5 milyon avrodur.

Qeyd edək ki, Ciku ötən mövsüm meydana çıxdığı 38 oyunda 1 qolla fərqlənməyi bacarıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR