son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: İspaniya İngiltərə səfərindən 3 xalla qayıdır ● Litvanın baş məşqçisi: “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● Premyer Liqa klublarının yay transferləri ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ●

Azərbaycan Avropa çempionu oldu

Bölmə adı Digər
Yayımlandı 7-06-2025, 21:49

İyunun 5-7-də Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən Çövkən üzrə Avropa Çempionatının final qarşılaşması baş tutub.

Sport1.az xəbər verir ki, tarixi nəticə ilə yadda qalan bu yarışmada Azərbaycan milli komandası ilk dəfə Avropa çempionu olub.

Final oyununda Azərbaycan yığması Malta komandası ilə qarşılaşıb 6:2 hesabı ilə inamlı qələbə qazanıb.
Bu nəticə ilə komandamız turnirin kubokuna sahib çıxaraq çövkən tarixində yeni bir səhifə açıb.

Turnirdə 6 ölkə – Azərbaycan, Türkiyə, Macarıstan, Malta, Polşa və Böyük Britaniya iştirak edib. Azərbaycan milli komandasının ilk oyunda Türkiyə çövkən yığmasına 3:0 hesabı qalib gəlib. Yarımfinal mərhələsində isə milli komandamız Macarıstan yığmasına qarşı mübarizədə güclü olub - 4:0 .

Qeyd edək ki, beynəlxalq çövkən təqviminə əsasən növbəti kontinental mötəbər yarışlar sentyabrın əvvəlində Özbəkistanda – Asiya, sentyabrın sonunda Nigeriyada – Afrika və noyabr ayında isə Buenos Airesdə – Cənubi Amerika çempionatları keçiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR