son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: İspaniya İngiltərə səfərindən 3 xalla qayıdır ● Litvanın baş məşqçisi: “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● Premyer Liqa klublarının yay transferləri ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ●

"Latviyanın 5 il əvvəl Azərbaycana uduzması əhəmiyyətli deyil"

Bölmə adı Milli
Yayımlandı 6-06-2025, 17:41

Latviya millisinin baş məşqçisi Paolo Nikolato Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransına qatılıb.

Sport1.az xəbər verir ki, mütəxəssis sözügedən matça beş gün ərzində hazırlaşdıqlarını bildirib.

O, bəzi çətinliklərinin olduğunu söyləyib:

"Problemləri həll edərək, müvəffəqiyyət qazanmaq istəyirik. Sabahkı matç ərəfəsində nikbinəm. Hər görüşə ciddi yanaşırıq. Rəqibimiz FIFA reytinqində 119-cu pillədə qərarlaşır. Özümüzdən yuxarıda olan komandalarla oynayaraq, inkişafa nail olmaq istəyirik.

Heyətimizdə yeni oyunçular var. Onlara özlərini göstərmək imkanı veririk. Belə oyunlar da bacarıqlarını ortaya qoymaq baxımından şansdır. Bizim üçün vacib olan məqam hər futbolçunun özünü burada vacib fiqur kimi hiss etməsidir. Yeni futbolçularda güclü komandalara qarşı matçlarda qorxu hissinin olmaması da önəmlidir. Milli komandanın gücü daxili liqanın səviyyəsi ilə ölçülür. Nə qədər çox futbolçumuz güclü klubda oynasa, millimiz üçün bir o qədər yaxşı olar.

Azərbaycan millisi ilə keçmişdə keçirdiyimiz oyunlara baxmırıq. 5 il əvvəlki son oyunda Latviyanın Azərbaycana məğlub olması mənim üçün əhəmiyyətli deyil. Hər zaman bu günün tələblərinə görə hərəkət edirik. Çünki futbolda bir dəqiqənin içində çox şey dəyişir. Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dünyaca tanınmış mütəxəssisdir. Onun işinə, uğurlarına böyük hörmətlə yanaşıram. Əlbəttə ki, bunu nəzərə alırıq.
Azərbaycanla oyundan sonra Albaniya ilə rəsmi matça çıxacağıq. Təbii ki, heyətdə 50 faiz dəyişiklik olub. Azərbaycanla görüşdən sonra bütün diqqətimizi albanlarla qarşılaşmaya yönəldəcəyik".


Qeyd edək ki, Latviya - Azərbaycan oyunu iyunun 7-də baş tutacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR