son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: İspaniya İngiltərə səfərindən 3 xalla qayıdır ● Litvanın baş məşqçisi: “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● Premyer Liqa klublarının yay transferləri ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ●

AFFA U-15 Liqasının qalibi müəyyənləşdi

Bölmə adı Futbol
Yayımlandı 26-05-2025, 21:26

AFFA U-15 Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.

Sport1.az xəbər verir ki, Bayıl stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib. Bürünc mükafat uğrunda matçda “Neftçi” üzərində 1:0 hesablı qələbə qazanan “Qəbələ” komandası yarışı üçüncü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Qarabağ” və “Sabah“ komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Sabah” çempion olub. “Qarabağ” isə gümüş medallar əldə edib.

Oyunlardan sonra “Qəbələ” bürünc, “Qarabağ” gümüş medalla, “Sabah” isə qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Mövsüm ərzində 36 qol vuran “Sabah”ın oyunçusu Ruslan Əbilov ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Davud Abdullayev isə mövsümün ən yaxşı oyunçusu seçilib.

Mükafatları AFFA-nın Yarışların təşkili departamentinin rəisi Emin Cəfərov və AFFA Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə təqdim ediblər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR