son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

"Hədəfimiz bayrağımızı qürurla dalğalandırmaqdır"

Bölmə adı Voleybol
Yayımlandı 19-05-2025, 15:05

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının liberosu Yuliya Kərimova hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb.

Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kərimova açıqlamasında komandada əhval-ruhiyyənin yüksək olduğunu söyləyib:

“Avropa Qızıl Liqasına hazırlıqlara Bakıda başladıq, daha sonra Sloveniyaya yollandıq. Orada Sloveniya milli komandası ilə birgə təlim-məşq toplanışı keçirdik, ABŞ klubuna qarşı yoxlama oyunu oynadıq".

O, hazırda hazırlığın Yunanıstanda davam etdiyini vurğulayıb:

"Burada bir neçə yoxlama oyunu keçirməyimiz nəzərdə tutulub. Bu oyunlar həm taktiki hazırlığımızın möhkəmlənməsi, həm də komandamızın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Avropa Qızıl Liqasında mübarizəyə mayın 30-da Bakıda start verəcəyik. Komandamızın uğur qazanacağına böyük inamım var. Hədəfimiz bayrağımızı qürurla dalğalandırmaqdır”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR