Karate yığmalarımızda yeni məşqçi

Bölmə adı Karate
Yayımlandı 13-05-2025, 17:18

Azərbaycan Karate Federasiyası (AKF) 14-15 və 16-17 yaşlılardan ibarət Azərbaycan millilərinə yeni məşqçi təyin edib.

Sport1.az xəbər verir ki, Tural Ağalarzadə bu komandalarda köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək.

Təyinat yığmanın baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi altında komanda heyətinin daha da gücləndirilməsi və gənc idmançıların peşəkar səviyyədə hazırlanması məqsədi daşıyır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR