son dəqiqə SON DƏQİQƏ
Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxıb Şahmatçılarımızdan fərqli nəticələr Azərbaycan - Tacikistan: "Turan Tovuz" - "Fənərbağça": Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram" ÇL: "Aznur" məğlubiyyətlə başladı Azərbaycan millisinin oyununu canlı verəcək telekanal müəyyənləşdi Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək

I Liqa klublarının futbolçuları cəzalandı

Bölmə adı I Liqa
Yayımlandı 7-05-2025, 13:30

İntizam Komitəsi I Liqada çıxış edən "Cəbrayıl"ın futbolçusunu 3, "Difai" və "Mingəçevir"in oyunçularını isə 4 oyunluq cəzalandırıb.

Sport1.az xəbər verir ki, bu qərar komitənin bu gün keçirilən iclasında qəbul olunub.

I Liqanın XXIV turunda baş tutan "Cəbrayıl" – "Baku Sporting" oyununun 85-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Tapdıq Əhmədov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Bölgə təmsilçisi 200 manat cərimələnib.

Bundan başqa, xərəkdaşıyanların say limiti pozulduğuna görə "Cəbrayıl" komandası 80 manat, 4 futbolçusu sarı vərəqə görən "Baku Sporting" isə 70 manat ziyana düşüb.

"Difai" – "Mingəçevir" oyunu bitdikdən sonra "Difai"dən Riad Abbaszadə, "Mingəçevir"dən isə Elməddin Məmmədov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyun cəzalanıblar. Hər iki klub futbolçularının hərəkətlərnə görə 300 manat cərimələnib.

Mingəçevir təmsilçisi həmçinin oyununun 61-ci dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 150 manat ödəyəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR