son dəqiqə SON DƏQİQƏ
Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Şahmatçılarımızdan fərqli nəticələr Azərbaycan - Tacikistan: "Turan Tovuz" - "Fənərbağça": Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram" ÇL: "Aznur" məğlubiyyətlə başladı Azərbaycan millisinin oyununu canlı verəcək telekanal müəyyənləşdi Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək

ABF mükafata layiq görüldü

Bölmə adı Digər
Yayımlandı 5-05-2025, 13:24

Azərbaycan Badminton Federasiyası (ABF) Dünya Badminton Federasiyasının (BWF) illik Baş Toplantısında BWF İnklüziv 2025 mükafatına layiq görülüb.

Sport1.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ABF BWF-nin Şurasına qoşulub.

Bu, federasiya üçün tarixi hadisə olub. Çinin Siamen şəhərində keçirilən BWF-nin 86-cı illik Baş Toplantısında ABF-nin prezidenti Taleh Ziyadov beyn'lxalq qurumun Şurasına Avropadan 4 il müddətinə üzv seçilib.

143 ölkə, 744 milyon badminton azarkeşi və 400 milyon badminton oyunçusunu təmsil edən BWF-nin illik Ba. Toplantısında tailandlı Kunyinq Patama Lisvadtrakul 4 il müddətinə quruma prezident seçilib.

T.Ziyadov bununla bağlı açıqlamasında BWF Şurasında Azərbaycanın rolunun ölkədə badmintonun inkişafına böyük töhfə verəcəyini söyləyib.

Azərbaycan BWF-nin reytinqində 85-ci pillədən 46-cı yerə yüksəlib. Ölkəmiz beynəlxalq badminton tədbirlərinə - 2023-cü ildə Avropa Badminton Konfederasiyasının Konqresi və 2025-ci ildə qarışıq komandaların Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edib.

ABF dünya badmintonun inkişafına və təbliğatına ciddi dəstək verir.

"Shuttle Time" kimi proqramlara töhfə verən ABF Botsvana, Cibuti, Kamerun, Qambiya və Madaqaskarı badmintonun təbliğinə dəstək məqsədilə badminton avadanlıqları - raketka və volanla təmin edib.

Afrikada badmintonun inkişafına böyük dəstək verən ABF BWF-nin illik Baş Toplantısında BWF İnklüziv 2025 mükafatına layiq görülüb. 1962-ci ildə təsis olunan federasiya beynəlxalq turnirlər, inkişaf proqramları və strateji tərəfdaşlıqla dünya badmintonun ailəsinin ən fəal üzvlərindən birinə çevrilib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR