“Çelsi”nin ulduzu komandadan ayrılır

Bölmə adı İngiltərə
Yayımlandı 4-05-2025, 11:30

“Çelsi”nin ulduz futbolçusu komanda ilə yollarını ayırmağı planlaşdırır.

Sport1.az xəbər verir ki, Kristofer Nkunku mövsümün sonunda “zadəganlar”ı tərk etmək niyyətindədir. Bu barədə İngiltərə mediasında məlumat yayılıb.

27 yaşlı hücumçu 2023-cü ildən “Çelsi”nin formasını geyinir.

Qeyd edək ki, fransalı oyunçu 2024/25 mövsümündə 42 oyuna çıxıb və 14 qola, 5 məhsuldar ötürməyə imza atıb.

Müəllif: Sport1.az