son dəqiqə SON DƏQİQƏ
Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Şahmatçılarımızdan fərqli nəticələr Azərbaycan - Tacikistan: "Turan Tovuz" - "Fənərbağça": Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram" ÇL: "Aznur" məğlubiyyətlə başladı Azərbaycan millisinin oyununu canlı verəcək telekanal müəyyənləşdi Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək

AFFA-nın xeylağı - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 2-05-2025, 15:13

Bizim bölgənin insanlarının istifadə etdiyi bir söz var: "xeylaq".

İki mənada işlədilir. Birincisi çoxluq deməkdir. Xeylinin canlı dildə işlənən formasıdır. Məsələn, anam tez-tez deyir:

"O gün nəsə yazmışdın. Xeylaq adam da layk qoymuşdu. Qorxmursan, a bala?"

Xeylağın nəfər mənası da var. Bizim bölgənin adamları tez-tez deyirlər: "Qız xeylağı hoppanıb-düşməz". "Kişi xeylağı çox gülməz". "Gəlin xeylağı ağır olar" və s.

Bu sözü çox bəyənirəm. Həm təkdə, həm də cəmdə işlənməsi adama ləzzət edir.

Aprelin 11-də xeylaq adam AFFA-ya toplaşmışdı. Qurumun hesabat konfransı keçirilirdi. Baş katib Cahangir Fərəcullayev xeylaq problemlərdən danışdı, görüləcək işləri sadaladı, saz çaldı, dastan söylədi. Hamı alqış tutdu.

İcraçı vitse-prezident Sərxan Hacıyev oyunların manipulyasiyasından danışdı, günahkarların cəzalanacağını bildirdi. Bu istiqamətdə ciddi addımların atılacağını dedi. Sakit danışsa da, göz qorxutdu!

Bu hadisədən 3 həftədən çox vaxt keçib. Amma adıçəkilən şəxslərin gördüyü işlərdən bir xəbər yoxdur. Deyəsən, AFFA-nın Hesabat Konfransında deyilənlər, sadalanan problemlər bir külək idi əsdi, keçdi.

Ya da ki, iş görürlər bizim xəbərimiz yoxdur. Yox, ola bilməz! AFFA-da iş görülsəydi, bunları bəh-bəhlə camaata təqdim edəcək xeylaq adam var. Demək ki, heç nə yoxdur. Ona görə də AFFA-nın bir xeylağı da ortalığa çıxıb hesabat vermir...

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR