son dəqiqə SON DƏQİQƏ
Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib ● “Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib ● “Zirə”nin futbolçusu millidə fərqlənib ● I Liqa: IV turun oyun cədvəli açıqlanıb ● “Marafon”dan darmadağın ● ABF yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib ● Tamerlan Əzizov ilk ATP reytinq xallarını qazanıb ● “Qaradağ Lökbatan” 3 xalı 4 qolla qazandı ● Amerikalı basketbolçu “Sumqayıt”da ● AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub ● "Marafon" "Dinamo"nu, "Qaradağ Lökbatan" "Difai"ni məğlub etdi ● Premyer Liqa klublarının yay transferləri ● "Sabah" - "Qarabağ" matçının baş tutacağı stadion və saat açıqlanıb ● "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq ● "Mingəçevir Reqatası - 2026": Füzuli mərhələsinin ilk qalibləri bəlli olub ● "Sumqayıt"dan növbəti transfer ● İnfantino U-15 Dünya Çempionatına hazırlığın gedişi ilə tanış olub ● NTD-dən daha 3 transfer ● "Qarabağ" - "Neftçi" matçının tarixi açıqlanıb ● MPL: "Sabah" və "Qarabağ"ın təxirə salınmış qarşılaşmalarının ● Millimizin Lixtenşteynə qarşı matçınının hakim təyinatları ● U-19 Avropa Çempionatı: Millimiz yarışa bu mərhələdən başlayacaq ● Ayxan Abbasovun növbəti mətbuat konfranslarının tarixləri açıqlanıb ● Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib ● Günün oyunları: ● "Xankəndi"də yeni baş məşqçi ● İngiltərə səfərdə Çexiyaya qarşı, İspaniya Xorvatiyanı qəbul edir ● "Qarabağ"ın qapıçısı Zlomisliç millidə növbəti matçına çıxdı ●

“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib

Bölmə adı Avarçəkmə
Yayımlandı Dünən, 22:46

Avarçəkmə və kanoe üzrə “Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə – Köndələn su anbarında start verilib.

Sport1.az xəbər verir ki, açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və idman naziri Fərid Qayıbov açılış nitqində 2022-ci ildən etibarən Suqovuşan, Köndələn və Sərsəngdə keçirilən avarçəkmə yarışlarının əhəmiyyətindən danışıb, idmana və idmançılara göstərilən dövlət qayğısını vurğulayıb. Nazir iştirakçıları növbəti idman bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.

Yarışlar öncəsi Köndələn su anbarında əjdaha qayıqları və kayaklarda idmançıların nümunəvi çıxışları nümayiş etdirilib. Daha sonra müxtəlif yaş qrupları üzrə yarışlara start verilib.

Milli komandamız ilk yarış günündə 4 medal qazanıb.

2008–2009-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə Əlimurad Hacızadə finiş xəttini birinci, Nuran Rəhimli isə ikinci keçib. Bununla da Azərbaycan komandasının aktivinə ilk qızıl və gümüş medallar yazılıb.

2010–2011-ci il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə Elmir Tarverdiyev üçüncü yeri tutub. Daha bir idmançımız Hüseyn Səmədli isə 2008–2009-cu il təvəllüdlülər arasında 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.

Tədbir Füzuliyə köçən sakinlər və ətraf rayonlardan gələn idman həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq yarışı sentyabrın 30-da və oktyabrın 1-də Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR