"Real"da 2 həftəlik müqavilələr

Bölmə adı Futbol
Yayımlandı 2-05-2025, 13:31

"Real Madrid" yarımmüdafiəçi Luka Modriç və müdafiəçi Lukas Vaskeslə müqavilənin müddətini uzatmağı planlaşdırır.

Sport1.az xəbər verir ki, Madrid klubu futbolçularla 2 həftəlik sözləşmə imzalamaq istəyir.

Buna səbəb klublararası dünya çempionatının finalının iyulun 13-nə planlaşdırılmasıdır. FİFA turnir iştirakçılarından müqaviləsi iyunun sonunda bitəcək futbolçularla qısamüddətli anlaşma imzalamağı xahiş edib.

Müəllif: Sport1.az