Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsil edəcək "Araz-Naxçıvan"ın matçlarının təqvimi bəlli olub.
Sport1.az xəbər verir ki, komanda oktyabrın 27-də Macarıstanın "Uypeşt", 28-də Bosniya və Herseqovinanın "Buba Mara" komandaları ilə qarşılaşacaq.
Muxtar Respublika təmsilçisi qrupda son görüşünü oktyabrın 30-da "Piast"a (Polşa) qarşı keçirəcək.
5-ci qrupun oyunları Polşanın Qlivice şəhərindəki "Prezero Arena"da baş tutacaq.