son dəqiqə SON DƏQİQƏ
“İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib "Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur "Sumqayıt"da yeni sözləşmə "Naxçıvan"dan növbəti transfer Milli komandaların məşqçiləri üçün Şamaxıda təlim keçirilib "Hakim "Neftçi"nin futbolçusuna qırmızı vərəqə verməli idi" Premyer Liqa klublarının yay transferləri Yeni idman zalının və minifutbol meydançasının açılış mərasimi olub "Sumqayıt" Basketbol Klubunun məşqçilər korpusu müəyyənləşib Çempionlar Liqası: Təmsilçimizin oyunlarının yeri və tarixi açıqlanıb U-21 Millimizin seçmə mərhələdəki matçının hakim təyinatları açıqlanıb "Turan Tovuz" - "Fənərbağça": Yoldaşlıq matçında anşlaq olacaq "Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq

Ölkə çempionatının adı dəyişdirilib

Bölmə adı Voleybol
Yayımlandı Dünən, 20:35

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində 2026/2027 mövsümündə voleybol üzrə Super Liqada mübarizə aparacaq qadın və kişi komandaların nümayəndələri ilə görüş keçirilib.

Sport1.az xəbər veri ki, görüşdə AVF-nin İdman şöbəsinin direktoru Şir-Aslan Kərimov, Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli, aşağı yaş qrupları üzrə təlim işləri koordinatoru Nərgiz İsmayılova, Super Liqada iştirak edəcək komandaların nümayəndələri və federasiyanın əməkdaşları iştirak ediblər.

Tədbirdə bildirilib ki, ötən mövsümlər Yüksək Liqa adı ilə keçirilmiş yarış yeni mövsümdən etibarən Super Liqa adlanacaq.

Həmçinin liqanın 2026/2027 mövsümü üzrə əsasnaməsi klub nümayəndələrinə təqdim olunub.

Çıxış edən Şir-Aslan Kərimov bildirib ki, ötən mövsüm olduğu kimi, bu dəfə də Super Liqada 9 qadın ("Turan", "DH Volley", "Gəncə", "Milli Aviasiya Akademiyası", UNEC, "Azərmaş Abşeron", "Murov Az Terminal", "Azərreyl" və "Naxçıvan"), 6 kişi komandası ("Xilasedici", "Ordu", "Neftçi", "Murov Az Terminal", "Azərreyl" və "Gənclər") mübarizə aparacaq.

Qeyd edilib ki, yeni mövsümdə qadınların yarışında iki yenilik olacaq.

Ötən mövsüm "Abşeron" adı ilə çıxış etmiş komanda bu dəfə "Azərmaş Abşeron" adı ilə mübarizə aparacaq.

"Naxçıvan" klubu isə tarixində ilk dəfə Super Liqada iştirak edəcək.

Super Liqanın 2026-cı ilin oktyabrında start götürməsi və 2027-ci ilin aprelində başa çatması nəzərdə tutulur. Yarışın liqa və pley-off mərhələlərindən ibarət olacağı diqqətə çatdırılıb.

Qadınların yarışında liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, 8 komanda pley-offa yüksələcək. Kişilərin yarışında isə oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq. İki dövrənin yekununda 1-4 pillələrdə qərarlaşacaq komandalar pley-offda iştirak hüququ qazanacaqlar.

Şir-Aslan Kərimov çıxışında yeni mövsümdə mübarizə aparacaq bütün komandalara, həmçinin avrokuboklarda ölkəmizi təmsil edəcək klublara qarşıdakı yarışlarda uğurlar diləyib.

Tədbirdə yarışın keçirilmə qaydaları, yeni tələblər, qeydiyyat və digər təşkilati məsələlərlə bağlı müzakirələr aparılıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR