son dəqiqə SON DƏQİQƏ
Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib "Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur "Sumqayıt"da yeni sözləşmə "Naxçıvan"dan növbəti transfer Milli komandaların məşqçiləri üçün Şamaxıda təlim keçirilib "Hakim "Neftçi"nin futbolçusuna qırmızı vərəqə verməli idi" Premyer Liqa klublarının yay transferləri Yeni idman zalının və minifutbol meydançasının açılış mərasimi olub "Sumqayıt" Basketbol Klubunun məşqçilər korpusu müəyyənləşib Çempionlar Liqası: Təmsilçimizin oyunlarının yeri və tarixi açıqlanıb U-21 Millimizin seçmə mərhələdəki matçının hakim təyinatları açıqlanıb "Turan Tovuz" - "Fənərbağça": Yoldaşlıq matçında anşlaq olacaq "Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq Millimizin oyunlarının biletləri 3 manatdan satışa çıxarılıb "Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın

Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq”

Bölmə adı Milli
Yayımlandı Bu gün, 18:33

Tacikistan milli komandasının kapitanı Axtam Nazarov Azərbaycanla keçiriləcək yoldaşlıq oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.

Sport1.az xəbər verir ki, 33 yaşlı sol cinah müdafiəçisi iki yaxşı komandanın üz-üzə gələcəyini qeyd edib:

"Sabah iki yaxşı komanda qarşılaşacaq. Bizi çox yaxşı qarşıladılar. Faydalı hazırlıq gedir. Sabah yaxşı oyun göstərməyə hazırıq. Azərbaycan millisinin futbolçularından kapitanı, sol və sağ cinah yarımmüdafiəçiləri tanıyırıq. Heç vaxt Azərbaycandan təklifim olmayıb. Oleq Baklov burada oynayır. Azərbaycan futboluna baxırıq, Çempionlar Liqasında oynayan komandalarınız var. Sizə uğurlar arzulayıram".

Qeyd edək ki, Azərbaycan - Tacikistan qarşılaşması sabah "Palms Sports Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR