son dəqiqə SON DƏQİQƏ

Taekvondo üzrə ölkə çempionatı keçiriləcək

Bölmə adı Taekvondo
Yayımlandı Bu gün, 13:33

Sentyabrın 21–24-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda taekvondo üzrə uşaqlar, həmçinin 16–21 yaşlılar arasında Azərbaycan çempionatı təşkil olunacaq.

Sport1.az xəbər verir ki, 4 gün davam edəcək yarışda müxtəlif şəhər və rayonların idman klubları və cəmiyyətlərinin təmsilçiləri mübarizə aparacaqlar.

Uşaqlar arasında ölkə birinciliyində 2015–2017-ci il, 16–21 yaşlılar arasında isə 2005–2009-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar.

Turnirin ilk iki günündə uşaqlar, son iki gündə isə 16–21 yaşlılar arasında görüşlər keçiriləcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR