son dəqiqə SON DƏQİQƏ
Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Şahmatçılarımızdan fərqli nəticələr Azərbaycan - Tacikistan: "Turan Tovuz" - "Fənərbağça": Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram" ÇL: "Aznur" məğlubiyyətlə başladı Azərbaycan millisinin oyununu canlı verəcək telekanal müəyyənləşdi Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək

"Təklif olsa, danışacağıq"

Bölmə adı ABL
Yayımlandı 1-05-2025, 17:40

“Ordu”nun kapitanı Rüstəm Əliyev komandanın Azərbaycan Basketbol Liqasının cari mövsümdəki çıxışını dəyərləndirib.

Sport1.az xəbər verir ki, basketbolçu klubun mətbuat xidmətinə açıqlamasında bir sıra çatışmazlıqlar olduğunu deyib.

O, aşağı büdcə ilə mübarizə aparmalarına baxmayaraq əzmkarlıq göstərdiklərini bildirib:

“Aşağı büdcə ilə pley-off-da iştirak etmək hər komandaya nəsib olmur. Biz məhz aşağı büdcə, hətta oyunçu qıtlığı ilə əzmkar mübarizə apararaq bu mərhələyə vəsiqə qazandıq. Final mərhələsinin ilk matçında “Neftçi” ilə başabaş oynadıq. Heyətdə yerli oyunçu problemi vardı. Legionerlər də çox deyildi ki, rotasiya edə bilək. Əsas oyun qurucumuz Ramme Qriffin zədə alanda onu əvəzləmək çətin olurdu. Ehtiyat qüvvəmizin zəifliyi səbəbindən belə vəziyyətlərdə çətinlik çəkirdik. Tam əminəm ki, rotasiyada problemlər olmasaydı, daha artığını edə bilərdik. İstənilən halda hesab edirəm ki, “Ordu” artıq bir komanda kimi formalaşıb”.

O, komandada özü-özünü yenidn kəşf etdiyini söyləyib:

“2 il “Sabah” klubunda oynamışam. Onların məqsədləri tam fərqlidir. Heyətə düşmək çox çətindir. Ona görə də özünü göstərmək üçün imkan çox azdır. “Ordu”da isə əsas oyunçulardan biri hesab olunuram. Məşqçi bir çox hallarda oyunu mənim üzərimdən qururdu. Bu amil inkişafımda ciddi rol oynadı. Sanki özüm-özümü yenidən kəşf etdim. Buna görə də Alberto Blankoya təşəkkürümü bildirirəm. O, mənə hansı mövqelərdə daha çox xeyir verməyi öyrətdi. İndi özümə çox inanıram. Zədələr məni xeyli geri salsa da, artıq indidən fiziki çalışmalara başlamışam ki, növbəti mövsüm üçün tam hazır vəziyyətdə olam”.

R.Əliyev gələcək taleyi ilə bağlı sualı da cavablandırıb:

“Sözün düzü “Ordu”da qalmaq barədə hələ təklif almamışam. Əgər təklif olsa, danışacağıq. Təbii ki, hər şey klubun büdcəsindən və məqsədlərindən asılı olacaq. İndidən nəsə demək çətindir. İnanıram ki, həm klub, həm də mənim üçün xeyirli olan baş verər”.

Qeyd edək ki, “Ordu” 1/4 finalda "Neftçi"yə hər iki oyunda məğlub olaraq (54:88, 84:93) mübarizəni dayandırıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR