son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

Boksçulardan ibarət yığmalarımız təlim-məşq toplanışına yollanıb

Bölmə adı Digər
Yayımlandı 14-09-2026, 10:16

Azərbaycanın boks üzrə böyüklərdən və gənclərdən (U-19) ibarət milli komandaları Çinin Sincan-Uyğur Muxtar Rayonunda beynəlxalq təlim-məşq toplanışına qatılacaq.

Sport1.az xəbər verir ki, sabah start götürəcək hazırlıqda 26 ölkənin yığması iştirak edəcək.

Toplanışda məşqçilər Yadigar Məmmədov, Ceyhun Əbiyev və İlham Əlimzanov U-19-dan Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Bağışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədovla (90 kq) Səftər Məmmədzadəni (+90 kq), böyüklərdən Nicat Hüseynov, Zəlimxan Süleymanov, Tural Sarıyev (hər üçü 55 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Rasim Çobanlı (80 kq) və Səbuhi Əlizadəni (+90 kq) yoxlayacaqlar.

Boksçularımız Çində sentyabrın 24-də yekunlaşacaq hazırlığın ertəsi günü "Kəmər və Yol" beynəlxalq turnirində güclərini yoxlayacaqlar.

Yarış sentyabrın 29-da başa çatacaq. Turnirdə ölkəmizi Emil Qurbanəliyev hakim kimi təmsil edəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR